(+994 55) 282 09 09
office@aquamax.az

Haqqımızda


“AquaMax” hovuz sularının təmizlənməsi üzrə ixtisaslaşmış, müştərilərinə hər zaman xüsusi yanaşma ilə xidmət göstərən şirkət olaraq artıq uzun müddətdir ki, Azərbaycan bazarında rəqabət aparır. Biz bütün növ hovuzlarda, spa salonlarında, fontanlarda və digər hövzələrdə mövcud olan suların şəffaflığı, təmizliyi, gigiyenasının təmin edilməsi üçün öz müştərilərimizə şərəflə xidmət edirik. Hövzələrdəki suların sanitar normalara uyğunluğunun yoxlanılması,  nəticələrə uyğun hovuz modelinin qurulması, mütəmadi təmizlik və təmir xidmətlərimizin göstərilməsi sağlamlığa zərər vurmayan kimyəvi maddələr istifadə olunmaqla tam təhlükəsiz formada aparılır.

Xidmətlərimiz zamanı istifadə olunan bütün maddələr Türkiyədən gətirilir, paytaxt ilə yanaşı həm də regionlar üzrə çatdırılma xidmətləri ilə təmin edilir. Biz həm böyük,  həm kiçik həcmdə olan sifarişləri yüksək peşəkarlıq və məsuliyyətlə yerinə yetirərək bazarda mövcud olan oxşar şirkətlərdən fərqlənirik.

Hovuzlarınızın təmizliyini peşəkarlara etibar edin!

Su-həyat mənbəyidir! Suyun təmizliyi, şəffaflığı isə sağlamlığın ölçü meyarı, həyatımızın komfortudur.